Ağ Evdən Tehrana şərt: Boğazda gəmiçilik bərpa olunsa, blokada ləğv ediləcək Dünya

Ağ Evdən Tehrana şərt: Boğazda gəmiçilik bərpa olunsa, blokada ləğv ediləcək

Birləşmiş Ştatlar Hörmüz boğazında maneəsiz gəmiçiliyin bərpası haqqında razılaşma əldə olunan kimi İran limanlarından blokadanı qaldırmağı planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Evdəki mənbələrə istinadən məlumat verib.

"Hörmüz boğazında maneəsiz kommersiya gəmiçiliyini bərpa edəcək razılaşma elan olunan kimi Birləşmiş Ştatlar İran limanlarından blokadanı qaldıracaq", — deyə agentliyin həmsöhbətlərindən biri qeyd edib.

Eyni zamanda mənbələr vurğulayıblar ki, ABŞ-nin növbəti addımları İranın boğazda gəmiçiliyin təmin edilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılı olacaq.

Məryəm Quliyeva