10:32
434
Quba rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və qanunsuz silah saxlama ilə bağlı əməliyyatlar keçirilib.
APA-nın Şimal bürosunun məlumatına görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Xəyyam Muradov saxlanılıb.
Ondan ümumilikdə 7 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 38 yaşlı Zülfüqar Məmmədovdan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd “AKM” markalı avtomat aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Məhkəmənin qərarı ilə X. Muradov və Z. Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.