Roma Papası XIV Lev Rusiya və Ukraynanı hərbi əməliyyatları dayandırmağa çağırıb Dünya

Roma Papası XIV Lev Rusiya və Ukraynanı hərbi əməliyyatları dayandırmağa çağırıb

Roma Papası XIV Lev Rusiya və Ukraynanı hərbi əməliyyatları dayandırmağa çağırıb, həmçinin iki ölkə arasındakı münaqişədə həlak olanların ailələrinə və zərərçəkənlərə başsağlığı verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Vatican News" məlumat yayıb.

"Müharibə ancaq yeni müharibə doğurur və böyük əzablar gətirir. Zorakılıq spiralını dayandırmaq, diplomatiya və dialoqa yer verməklə sülhə doğru yol açmaq vaxtı çatıb", — deyə papa ənənəvi bazar duası çıxışında bildirib.

Roma Papası tərəfləri beynəlxalq humanitar hüquqa dürüst şəkildə əməl etməyə və dinc sakinlərin qurban olduğu zərbələri dayandırmağa çağırıb.

Ukrayna-Rusiya böhranı ilə yanaşı, XIV Lev Sudanda da dərhal atəşkəs elan olunmasına çağırış edib. Papa Əl-Obeyd şəhəri ətrafındakı vəziyyətdən dərin narahatlığını ifadə edib və hakimiyyət orqanlarını mülki əhali üçün humanitar dəhlizlərin yaradılmasını təmin etməyə səsləyib.

Məryəm Quliyeva