Pekindən Qərbə sərt cavab: "İrana peyk kəşfiyyatı verməmişik"
6 Oktyabr 16:29
6 Oktyabr 16:29
6 Oktyabr 13:50
09:13
441
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb.
“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saatda 1,69% azalaraq 84 122,74 ABŞ dollarına enib. Bununla belə, kriptovalyuta son 7 gündə 0,95%, son 30 gündə isə 5,70% bahalaşıb.
“Ethereum” 3,49% ucuzlaşaraq 2 608,05 dollara, BNB 1,91% azalaraq 766,64 dollara, “Zcash” 1,72% geriləyərək 1 317,63 dollara enib. “Monero” 0,72%, “Bittensor” 3,21%, “Solana” isə 1,65% dəyər itirib.
Qızıl əsaslı “PAX Gold” (PAXG) isə ümumi bazar dinamikasından fərqli olaraq 0,32% bahalaşaraq 4 148,09 dollara yüksəlib.
Analitiklər bildirirlər ki, kriptovalyuta bazarındakı geriləməyə ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksək səviyyədə qalması, geosiyasi gərginlik və investorların ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti ilə bağlı yeni siqnalları gözləməsi təsir göstərir. Bundan başqa, “Bitcoin”in qiymətinin 85,5 min dollardan 84 min dollardan da aşağı düşməsi fonunda bir saat ərzində 400 mln. dollardan çox uzun mövqenin likvidasiyası satış təzyiqini gücləndirib.