Dünya bazarlarında neftin qiyməti artıma doğru yönəlib İqtisadiyyat

Dünya bazarlarında neftin qiyməti artıma doğru yönəlib

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin dekabr müqaviləsinin dəyəri 0,96% artaraq 1 barelə görə 101,55 ABŞ dolları təşkil edib.

“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin noyabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,77% artaraq 90,13 ABŞ dollarına bərabər olub.