Əli Nağıyev: Müharibə başa çatsa da, itkin ailələr üçün gözlənti davam edir Cəmiyyət

Əli Nağıyev: Müharibə başa çatsa da, itkin ailələr üçün gözlənti davam edir

"İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi dayanıqlı sülhün mühüm şərtidir”.

Bunu Azərbaycanda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev deyib.

O bildirib ki, məqsəd dövlətlərin, beynəlxalq təşkilatların təcrübələrini bir araya gətirməkdir: “1988-ci ildən Ermənistanın işğal siyasəti xalqımız üçün ağır nəticələr doğurub. Müharibə başa çatsa da, itkin ailələr üçün gözlənti davam edir”.