Pekindən Qərbə sərt cavab: "İrana peyk kəşfiyyatı verməmişik"
6 Oktyabr 16:29
6 Oktyabr 16:29
6 Oktyabr 13:50
10:16
413
Dövlət Komissiyası 2025-ci ilin fevralından Ermənistanın aidiyyəti komissiyası ilə birbaşa təmaslar qurub, görüşlər və məlumat mübadiləsi aparıb.
Bunu Azərbaycanda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda DTX rəisi general-polkovnik Əli Nağıyev deyib.
DTX rəisi bildirib ki, müxtəlif mənbələr və şahid ifadələri əsasında Birinci Qarabağ müharibəsində əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını, o cümlədən 104 nəfər barədə ətraflı məlumatı qarşı tərəfə təqdim ediblər: “Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyata aldığı 54 vətəndaşımız haqqında da məlumat vermişik. Onlardan 17 nəfərin meyiti qaytarılıb. Saxlanma yerlərində öldüyü bildirilən 33 nəfərin meyiti qaytarılmayıb, 4 nəfərin taleyi isə açıqlanmayıb. Bu ailələr hələ də cavab gözləyirlər.
Biz azad edilmiş ərazilərdə aşkarlanan və Ermənistan hərbçilərinə aidolduğu ehtimal edilən qalıqların eyniləşdirilməsi üçün müvafiq DNT nümunələrinin təqdim olunmasını da təklif etmişik. Ermənistanın 2026-cı ilinyanvarında təqdim etdiyi, itkin düşdüyü bildirilən 50 erməniəsilli şəxsin DNT profilləri ilə aşkarlanmış qalıqlar arasında ekspertizalar uyğunluq müəyyənetməyib. Hər iki tərəfin itkinlərinin taleyinin aydınlaşdırılması üçünəməkdaşlığa hazırıq.
Lakin nəticə əldə etmək üçün dəqiq və tam məlumat lazımdır. Ermənistanitkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütünməlumatları təqdim etməli, arxivlərin açılmasına və şahid ifadələrinintoplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və humanitar məsuliyyətolmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi olardı. İnsan talelərinə aidməlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır".