Husilər Səudiyyə Ərəbistanının iki strateji obyektini vurduqlarını bildiriblər Dünya

Husilər Səudiyyə Ərəbistanının iki strateji obyektini vurduqlarını bildiriblər

Yəmənin üsyançı "Ənsar Allah" hərəkatından olan husilər Səudiyyə Ərəbistanındakı Əbha beynəlxalq hava limanına və Xamis-Muşayt aviabazasına zərbələr endiriblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria bəyan edib.

"Silahlı qüvvələrimiz Əbha beynəlxalq hava limanını və Xamis-Muşayt aviabazasını hədəf alan iki hərbi əməliyyat keçirib", - deyə o, özünün "Telegram" kanalında yazıb.

Hərəkatın nümayəndəsi əlavə edib ki, hücumlar zamanı ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə olunub. Sarianın iddiasına görə, birbaşa zərbələr nəticəsində hava limanının fəaliyyəti dayandırılıb, aviabazaya isə ziyan dəyib.

Məryəm Quliyeva