Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər Dünya

Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər

Məkkə müdafiə paktı çərçivəsində krallıqdakı hərbi varlığını genişləndirmək planları fonunda Türkiyə Səudiyyə Ərəbistanında öz bazasını yerləşdirə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.

Məlumata görə, Ankara yaxın həftələrdə Səudiyyə Ərəbistanına məhdud kontingent və hərbi texnika göndərəcək. Türkiyə 2025-ci ildən etibarən mühüm infrastrukturların mühafizəsi üçün bu ölkədə 200-dən çox hərbi mütəxəssis, texniki qrup, HHM və Radioelektron Mübarizə (REM) vasitələri saxlayır.

"Türkiye" qəzetinin məlumatına görə, Məkkə alyansına üzv ölkələr (Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə) tərəfindən oktyabrın 5-də Ər-Riyadda birgə müdafiə öhdəliklərinin praktiki icrasına və hərbi qüvvələrin yerləşdirilməsinə dərhal keçilməsi haqqında qəbul edilmiş qərar çərçivəsində Türkiyə özünün yaxın və orta mənzilli HHM sistemləri vasitəsilə Səudiyyə Ərəbistanının dörd mühüm qaz və elektroenergetika obyektinin müdafiəsində iştirak edəcək. Regiona göndəriləcək hərbi qulluqçuların sayı yaxın günlərdə dəqiqləşdiriləcək.

Səudiyyə Ərəbistanına Türkiyə hərbi kontingentinin göndərilməsi haqqında qərarı respublika parlamenti qəbul etməlidir. Bunun oktyabr ayında baş tutacağı gözlənilir.

Məryəm Quliyeva