Pekindən Qərbə sərt cavab: "İrana peyk kəşfiyyatı verməmişik"
6 Oktyabr 16:29
6 Oktyabr 16:29
6 Oktyabr 13:50
09:57
392
Azərbaycan PostEurop çərçivəsində fəal iştirak edir və ölkənin təcrübəsi təşkilat üçün əhəmiyyətlidir.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən PostEurop Baş Assambleyası 2026 çərçivəsində jurnalistlərə açıqlamasında "PostEurop"un Direktorlar Şurasının sədri Elena Fernandez Rodriquez deyib.
O bildirib ki, Azərbaycan təşkilatın müxtəlif komitə və işçi qruplarında, xüsusilə filateliya və beynəlxalq əlaqələr istiqamətində fəal iştirak edir:
“Azərbaycanın bilik və təcrübəsi üzvlərimiz üçün çox önəmlidir. Biz böyük və kiçik ölkələr arasında balansı qorumağa çalışırıq. Hesab edirəm ki, transformasiya prosesində Azərbaycan etibar edə biləcəyimiz ölkələrdən biridir”.
PostEurop sədri poçt sektorunda baş verən dəyişikliklərə də toxunub. Onun sözlərinə görə, son aylarda dünyada gedən proseslər nəzərə alınmaqla təşkilatın strateji istiqamətləri yenidən nəzərdən keçirilir.
“Biz çox rəqabətli bazarda fəaliyyət göstəririk. PostEurop-un üzvləri üçün aktual və real dəyər yaradan təşkilat olaraq qalmasını təmin etməliyik”, – Elena Fernandez Rodriquez qeyd edib.
O vurğulayıb ki, ənənəvi məktub göndərişlərinin həcminin azalması fonunda poçt operatorlarının fəaliyyətinin şaxələndirilməsi zərurəti artır.
“Məktub göndərişləri artıq heç birimiz üçün əsas biznes istiqaməti deyil. Elektron ticarət mühüm əlavə dəyər yarada bilər. Bununla yanaşı, maliyyə və İT xidmətləri kimi sahələrdə də imkanlarımız var. Xidmətlərimizi və şəbəkəmizi genişləndirə bilərik”, - PostEurop sədri bildirib.
Onun sözlərinə görə, təşkilatın əsas hədəflərindən biri üzv poçt operatorlarına yeni xidmətlərin inkişafı üçün zəruri alətlər və dəstək təqdim etməkdir.