Rubio: "Zelenski diqqətini sülhə və müharibənin bitirilməsinə yönəltməlidir" Gündəm

Rubio: "Zelenski diqqətini sülhə və müharibənin bitirilməsinə yönəltməlidir"

Volodimir Zelenski mövcud şəraitdə ilk növbədə Ukraynadakı münaqişənin başa çatdırılması yollarının axtarışına diqqət yetirməlidir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bəyan edib.

"O (Zelenski) və biz özümüz ilk növbədə bu müharibənin başa çatdırılmasına diqqət yetirməliyik. Bu, onun əsas diqqət mərkəzində olmalıdır. Biz istərdik ki, hərkəs diqqətini məhz buna yönəltsin", - deyə Rubio Səmərqəndə səfəri zamanı jurnalistlərə bildirib.

Məryəm Quliyeva