Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Vergilər Nazirliyi ötən ilki fəaliyyətinin nəticələrini açıqlayıb

Vergilər Nazirliyi ötən ilki fəaliyyətinin nəticələrini açıqlayıb İqtisadiyyat

Vergilər Nazirliyi ötən ilki fəaliyyətinin nəticələrini açıqlayıb

Dünən Vergilər Nazirliyində ötən ilin yekunları və 2014-cü ildə görüləcək işlərə həsr olunmuş mətbuat konfransı keçirilib. "APA-Economics"in məlumatına görə, mətbuat konfransında vergilər nazirinin müavini Sahir Məmmədxanov, vergilər nazirinin audit və operativ nəzarət məsələləri üzrə müşaviri İlqar Əhmədov, Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov və İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev iştirak ediblər.
Nazir müavini S.Məmmədxanov bildirib ki, 2013-cü ildə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 6 663,6 mln. manat həcmində vəsaitin ödənilməsi təmin edilib. Bu da 2013-cü ilin dövlət büdcəsində müəyyənləşdirilmiş proqnoza nisbətən 263,6 mln. manat və ya 4,1% çoxdur.
Onun sözlərinə görə, qeyri-neft sektoru üzrə toplanan vergilərin məbləği 14,4% artaraq 3 761,6 mln. manat təşkil edib. Son 10 ildə vergi daxilolmaları 9,3 dəfə artıb, regionlarda isə bu rəqəm 539,5 mln. manat və ya 4,3 dəfə artıb. Nazir müavini bildirib ki, Vergilər Nazirliyi vergi ödəyicilərinə 124 sayda elektron xidmət göstərir: "Hazırda 23 min nəfər mobil rəqəmsal ASAN-İmzaya sahibdir. Elektron imzanın istifadəsi ilə aparılan əməliyyatların ümumi sayı 2 mln.-u ötüb".
S.Məmmədxanov deyib ki, ASAN Xidmətin genişləndirilməsi nəzərdə tutulur. Ötən il Azərbaycanda 27 mindən artıq fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib və bu gün 82,5 min nəfərə çatıb. Ötən il vergi nəzarəti tədbirləri sahəsində də işlər davam etdirib və 2013-cü ildə dövlət büdcəsinə borcu olan vergi ödəyicələrinin sayı 9% azalıb, borclu vergi ödəyicilərinin ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi isə 3,4%-dək azalıb.
S.Məmmədxanov bildirib ki, Bakı şəhərində vergi işçiləri və audit vergi əməkdaşları müasir "İPad"lər və internetlə təmin olunub, bununla da onların hansı ərazidə olduğu müəyyənləşir. Səyyar vergi yoxlamalarının sayı 18,7% azaldılıb və buna baxmayaraq vergi yoxlamalarında 711 mln manat əldə olunub ki, bu da daha əvvəlki illərlə müqayisədə 17,7% çoxdur. Nazir müavini əlavə edib ki, ötən il vergi orqanlarının 113 əəkdaşı işdən kənarlaşdırılıb ki, bunun da 65 nəfəri vəzifəli şəxslər olub.
Sonda nazir müavini qeyd edib ki, bu ilin dövlət büdcəsinə vergi daxilolmaları 7,102 mlrd. manat səviyyəsində proqnozlaşdırılır, bu isə ötən ilin büdcə göstəricilərindən 14,4% çoxdur: "2014-cü ildə POS-terminallar və nəzarət kassa aparatlarının sayı artırılacaq. Əsas önəm verəcəyimiz sahələr iş yerlərinin rəsmiləşdirilməsi və vergi ödənişlərinin büdcəyə ödənilməsinin təmin edilməsi olacaq".