Neft “quyuya düşür” İqtisadiyyat

Neft “quyuya düşür”

Vahid Əhmədov: "Neftin qiymətinin 50-60 dollar səviyyəsində olması ixracatçı ölkələr üçün müəyyən problemlər yarada bilər"

Zahid Məmmədov: "Bizim yetəri qədər valyuta ehtiyatlarımız var"

Azər Mehtiyev: "Neftin qiymətinin uzun müddət aşağı səviyyədə qalması Azərbaycan iqtisadiyyatı üçün mənfi nəticələr doğura bilər"

Dünya bazarlarında neftin qiymət ucuzlaşmaqda davam edir. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti sonuncu hərraclarda 1 barelə görə 50,14 dollar təşkil edib. London birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 53,27 dollara enib. Bununla da, "qara qızıl"ın dəyəri 2009-cu ilin may ayından etibarən ən aşağı səviyyəyə düşüb. Analitiklər hesab edir ki, neftin kəskin ucuzlaşmasına səbəb dünyada "qara qızıl" "Neftin çıxarılması, daşınmasını və s. bu kimi xərcləri götürəndə BP-nin Azərbaycanda istehsal etdiyi neftin bir barreli təxminən 12 dollara başa gəlir. Bu baxımdan dünya bazarında neftin qiyməti hətta 4 dəfə düşsə belə, Azərbaycandakı neft istehsalçıları yenə mənfəətlə qalırlar".
Qeyd edək ki, proqnozlara görə, neft maksimum 60 dollara qədər ucuzlaşacaqdı. Amma neftin qiyməti artıq 50 dollara yaxındır və ucuzlaşma davam edir. Maraqlıdır, neftin kəskin şəkildə ucuzlaşması Azərbaycan iqtidadiyyatına nnecə təsir edəcək?
Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, Vahid Əhmədov deyib ki, son vaxtlar xüsusilə Rusiyaya qarşı tətbiq olunan embarqolar dünya iqtisadiyyatına ümumi təsir göstərir: "Xüsusilə dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, 50-60 dollar səviyyəsində olması neft ixrac edən ölkələr üçün müəyyən problemlər yarada bilər". O, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanın valyuta ehtiyatlarının olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkə başçısının göstərişi ilə hər il qeyri-neft sektorunda 10-12 faiz artım planlaşdırılır: "Rusiyaya embarqonun tətbiq olunması çox ciddi təsir göstərir. Burada həm siyasi, həm də iqtisadi məsələlər var. Dünyanın siyasi və iqtisadi aləmində ciddi dəyişikliklər baş verir. Azərbaycan dövləti də buna hazır olmalıdır. Bizim kifayət qədər ehtiyatımız var, 53 milyard manata yaxın ehtiyatımız mövcuddur. Müəyyən qədər qorunma təhlükəsi yaşayırıq, amma qeyri-neft sektorunun inkişafında get-gedə daha güclü artımlar baş verir. Azərbaycanın dövlət büdcəsinin neftdən asılı olmaması istiqamətində dövlət başçısının göstərişləri var. Son 2-3 ildə təxminən 10 -12 faiz qeyri –neft sektoru inkişaf edib. Lakin elə bir sahəni inkişaf etdirmək lazımdır ki, dövlət büdcəsinə yüksək gəlirlər daxil olsun. Problemlər mövcud olub, 2015-ci ildə də bu problemlər yaşanacaq. Çünki neftin qiyməti hələ birinci yarım ildə bizim proqnozumuza görə 60 dollardan yuxarı olmayacaq. Sonra ola bilər ki, müəyyən qədər vəziyyət düzəlsin. Amma bu da hələ proqnozdur. Bütün bunların hamısı arzuolunandır".
Vahid Əhmədov qeyri-neft sektorunun inkişaf etdirilməsinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində də nəzərdə tutulduğunu qeyd edib, 2015-ci ildə Azərbaycan iqtisadiyyatında ciddi problemin olmayacağını vurğulayıb: "Ümumdaxili məhsulda qeyri-neft sektorunun payı 64 faizdir, amma ondan dövlət büdcəsinə gələn gəlirlər 37 faizdir. Yəni burada gəlir hissəsinə də baxmaq lazımdır. Artıq ümumdaxili məhsulda qeyri-neft sektorunun artımı var. Ordan gələn gəlirlərdə də müəyyən qədər artım olur, amma hələ ki, bizi qane etmir. Dövlət başçısının göstərişinə əsasən qeyri-neft sektoru ildə 10 -12 faiz artırılmalıdır. Bu artım hətta "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində də nəzərdə tutulub. Qeyri –neft sektorunun artımı yüksək sürətlə getməlidir. 2015-ci ilin dövlət büdcəsində neftin qiyməti 90 dollar götürülmüşdü, lakin neftin qiyməti ola bilər ki 90 dollardan aşağı olsun. Müəyyən problemlərimiz var. Hesab edirəm ki, Azərbaycanda 2015-ci ildə ciddi problem olmayacaq. Amma bütün bunlara baxmayaraq, ehtiyatlı yanaşmaq lazımdır. Müəyyən qədər büdcədə qənaət mexanizmini həyata keçirmək lazımdır".
İqtisad elmləri doktoru, professor Zahid Məmmədov hesab edir ki, neftin qiymətinin düşməsi neft hasil edən ölkələrə mənfi təsir edir: "Ancaq neft idxal edən ölkələrə xeyri var. Neftin ucuzlaşan qiyməti bu ölkələrdə iqtisadi inkişafa yol açır. Azərbaycanda isə problem yoxdur. Azərbaycanda regionların sosial-iqtisadi inkişafına yönəlik dövlət proqramı həyata keçirilməkdədir. Bundan başqa, bizim yetəri qədər valyuta ehtiyatlarımız var. Azərbaycanda spekulyativ əməliyyatlar üçün heç bir çalışma yoxdur. Rusiyada bankların əksəriyyəti nəzarətsizdir. Azərbaycanda isə nəzarətdən kənar bir bank fəaliyyəti yoxdur. Qısası, neftin qiymətinin düşməsi itisadiyyatın müxtəlif sahələrinə müxtəlif formada təsir edir. Neftin qiymətinin düşməsinə görə, ixrac edən ölkələr uduzursa, idxal edənlər udur".
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev də düşünür ki, neftin qiymətinin düşməsi bir çox hallarda qlobal böhrana deyil, əksinə dinamik inkişafa gətirən amil hesab olunur: "Çünki, enerji daşıyıcıları bütün istehsal prosesinin əsasını təşkil edir. Xüsusi ilə inkişaf etmiş ölkələrin ümumdaxili məhsulunda enerji daşıyıcıları mühüm əhəmiyyət kəsb edir. İqtisadi inkişaf üçün enerji daşıyıcılarının böyük önəmi var. Yəni, enerji daşıyıcılarının qiymətinin düşməsi iqtisadi inkişafa təkan verən amildir. Burada əks tərəf ondan ibarətdir ki, xammal istehsal edib, ixrac edən ölkələr üçün neftin qiymətinin düşməsi gəlirlərin kəskin azalmasına gətirib çıxarır. Həmin ölkələrdə böhran başlaya bilər. Məsələn, neft istehsal edən ərəb ölkələrində iqtisadi artımın aşağı düşməsi prosesi baş verir. Neftin qiymətinin düşməsi həmin ölkələri öz iqtisadiyyatlarını diverfikasiya etməyə məcbur edir. Nəzərə almaq lazımdır ki, ötən əsrin 70-ci illərdən sonra, neftin qiymətinin kəskin qalxmasından sonra qiymətlərin düşməsi bu cür neft hasil edən ölkələri böyük itkilərə məruz qoydu. Ancaq bunun əvəzində inkşaf edən ölkələr üçün yeni tərəqqi stimulu yaranmışdı. Enerjiyə qənaət edən yeni texnologiyaların yaranması prosesi baş verdi. İndi də əsas enerji istehlak edən olan ölkələrdə neftin qiymətinin düşməsi onlarda iqtisadi artıma təkan verən amildır".
Azər Mehtiyev hesab edir ki, Azərbaycan neft ölkəsi olduğundan neftin qiymətinin düşməsinin iqtisadiyyata müəyyən qədər təsiri var: "Bu, gəlirlərin azalması formasında öz təsirini göstərir. Amma nəzərə almaq lazımdır ki, hazırda Azərbaycanın kifayət qədər böyük həcmdə valyuta ehtiyatları var. Bu valyuta ehtiyatları neftin qiymətinin düşməsinin birbaşa təsirinin qarşısını ala bilər. Müəyyən müddət manevr etmək üçün vəsaitlərimiz var. Lakin neftin qiymətinin uzun müddət aşağı səviyyədə qalması Azərbaycan iqtisadiyyatı üçün mənfi nəticələr doğura bilər. Son zamanlar baş verən iqtisadi tərəqqinin qarşısını ala bilər. Bunun qarşısını almaq üçnü ölkədə sahibkarlıq, rəqabət mühitinin daha da yaxşılaşdırılmasına ehtiyac var".

Əli