
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Bu ilin yanvar-may ayında ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz, yəni 551,5 milyon kub metr artımla qaz hasil edilib.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ilin yanvar-may ayında ölkədə 17 milyard kub metr qaz hasil edilib.
Qazın 5,4 milyard kub metri AÇG-dən, 8,4 milyard kub metri “Şahdəniz”dən, 3,2 milyard kub metri SOCAR-dan hasil olunub.
Hesabat dövründə xaricə qaz satışı təxminən 7,4 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 32 faiz çoxdur. Cari ilin yanvar-may ayında Türkiyəyə təqribən 4,2 milyard kub metr, Avropaya təqribən təqribən 2,1 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 43,2 milyon kub metr qaz verilib. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 2,2 milyard kub metrdən çox qaz nəql olunub.