Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Laçın” klubu yaşamalıdır...

“Laçın” klubu yaşamalıdır... Müsahibə

“Laçın” klubu yaşamalıdır...

Abuzər Nadirov:""Laçın" klubunda təkcə futbol oynamırlar, eyni zamanda əsl vətənpərvər bir şəxsiyyətə çevrilirlər"

"Laçın" futbol klubunun baş, UEFA-nın C kateqoriyalı məşqçisi Abuzər Nadirovun BayMedia-ya müsahibəsini oxucularımıza təqdim edirik

- Abuzər bəy, istərdik ki, "Laçın" futbol komandası haqqında oxucularımıza məlumat verəsiniz. Bu komanda hansı zərurətdən yarandı?

- Futbol komandası Qaradağ rayonunun Ümid qəsəbəsində yaradılıb. Bu qəsəbə Qaradağ rayonu ərazisində yerləşir. "Ümid" qəsəbəsi mərhum prezidentimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə şəhid ailələri və müharibə əlilləri üçün salınan yaşayış məskənidir. Qəsəbənin Qəsəbənin salınmasının təşəbbüskarı isə o həmin dövrdə Qaradağdan millət vəkili seçilmiş, hazırda isə Azərbaycan prezidenti, Ali Baş Komandanımız İlham Əliyev olub. Komandamızın üzvlərinin əksəriyyəti bu ailələrdə göz açan, eyni zamanda qəsəbədə məskunlaşan məcburi köçkün uşaqlarıdır. Uşaqlarımızda özlərinə inam yaratmaq üçün idmanın rolu əvəzsizdir. Bu, eyni zamanda sağlam həyat tərzidir. Sağlam gənclik sağlam gələcək deməkdir.

- İlk oyunlar necə başladı?

- İlk dəfə Qaradağda keçirilən müxtəlif turnirlərdə, daha sonra Bakı şəhərində keçirilən yarışlarda gücümüzü sınadıq və müəyyən uğurlarımız oldu. Bu isə uşaqlarda böyük həvəs yaratdı. Elə bu ərəfədə də AFFA tərəfindən ölkəmizdə futbolun inkişafı üçün uşaq liqaları yarandı və müəyyən yaş qrupları üzrə ölkə birinciliyinə start verildi. Biz də ilk dəfə U-13 Liqasına qatıldıq və şəraitimizin olmamasına baxmayaraq, yaxşı çıxış etdik. Ölkənin peşəkar klublarının komandaları ilə mübarizə apardıq.

- Yəqin ki, ilk zamanlar çətin olub?

- O vaxtlar biz torpaq meydançada məşq edirdik. Bu isə çox çətin idi. Ancaq Xəzər televiziyasının sujetindən sonra AFFA-nın baş katibi Elxan Məmmədov komanda ilə maraqlandı və süni örtüklə mini futbol meydançası tikilməsinə öz köməyini göstərdi. İndi həmin meydanda fəaliyyət göstəririk. Komandamız bu ilk iki yaş qrupunda 11 və 13 yaşlı futbolçulardan ibarət ölkə birincliyində iştirak edib.

- Komanda hansı uğurlara nail olub?

- Ümumiyyətlə, komandamızın uğurlarına gəldikdə, onu deyə bilərəm ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi yarışda birinci yeri tutub.
Azərbaycan Milli Olimpiya Komitəsinin orqanı olan "Olimpiya Dünyası" qəzeti və "Olipspor" jurnalının təşkilatçılığı ilə keçirilən 28 May Respublika Gününə həsr etdiyi turnerin qalibiyik. Ölkə birinciklərində daim 10 ən güclü komanda sırasında oluruq hər il.
Ölkə futboluna yaş qrupları üzrə bir çox istedadlı gənclər yetişdirmişik. Ölkəmizin milli komandasında yetirmələrimiz var. Ölkəmizin şərəfini qoruyurlar. Mislan üçün, Pərviz Həsənov 16 yaşlı milli komandanın üzvüdür. Pərviz eyni zamanda keçən il qaçqın futbolçulardan ibarət dünya yığmasının tərkibində İngiltərənin paytaxtı Londonda "Arsenal" klubunun ulduzları ilə xeyriyyə oyununa dəvət alaraq, Azərbaycanı təmsil etmişdi. Həmin görüş BBC kanalı vasitəsilə bütün dünyaya yayımlanmışdı. Həmin görüşdə futbolçunun işğal altındakı Azərbaycan ərazilərindən olduğunu barədə məlumat verilmişdi. Sevindrici haldır ki, komandamızda qızlarımız da futbolla məşğul olurlar. Artıq yetirməmiz Arzu Əliyeva ölkənin 17 yaşlılardan ibarət komandalarında ölkəmizin şərəfini qoruyur. Bir çox yetirmələrimiz ölkənin digər klublarında çıxış edir.
Bizim işimizin əsas ana xəttinin biri də uşaqların vətənpərvər ruhda olması, öz millətini, dövlətini, yurdunu sevməsidir. Bu baxımdan, komandamız bir çox tədbirlər və əməli işlər həyata keçirib. Komandamiz hər il ölkə birinciliyi öncəsi Şəhidlər Xiyabaninda iməcilik keçirir, işğal ərazilərimizin anım günlərini təşkil edir. Qarabağ müharibəsi veteranları, eləcə də qazilərimizlə müntəzəm görüşlər keçirir. Azərbaycanin Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirə turnirini və Qaradağdan olan 20 Yanvar şəhidimiz Azad Rzayevin xatirə turnirini komandamiz təşkil edib. Mərasimdə şəşidin yaxınları da iştirak edirdilər. Novruz bayramı günləri komandamız Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə cəzaçəkmə müəssisəsində yeniyetmə gənclərlə görüş keçirib. Bütün fəaliyyətimizi vətənimiz, dövlətimiz üçün yararlı gənclər yetişdirməyə onların pis vərdişlərdən uzaq olmasına sərf etmişik. İnanıram ki, buna müəyyən qədər də nail olmuşuq. Məsələn, bunları nəzərə alan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi eləcə də İdman Nazirliyi "Laçın" Futbol Komandasına "Yaxşıların yaxşısı" mükafatı ilə təltif etməklə yanaşı, 2013-cü ilin komandası seçib.
Bütün bu uğurlar elə də asan olmayıb. Komandamız daim maddi cəhətdən böyük problemlərlə üzləşib, adi yol xərclərini çox çətinliklə ödəyə bilmişik. Bu səbəbdən də böyük yaş qrupları üzrə keçirilən ölkə birinciliyinə qatıla bilmirik. İştirak etdiyimiz yarışdakı xərcləri başqa bir işdə çalışaraq özüm etmişəm, bu isə çox çətindir. Artıq aşağı yaş qruplarında iştirakımız sual altındadır. Ancaq inanıram ki, bizə də dəstək olan tapılacaq. Çünki "Laçın" klubu yaşamalıdır ki, Laçın yaşasın və torpaqlarımız unudulmasın. "Laçın komandası bir futbol komandasından da artıqdır". Gerçəkdən bu belədir. Burda uşaqlar tək futbol oynamırlar, əsl vətənpərvər bir şəxsiyyətə çevrilirlər.

Elnur Eltürk