Tanrının yaratdığı ən ali varlıq Ədəbiyyat

Tanrının yaratdığı ən ali varlıq

İnsan Tanrının yaratdığı ən ali varlıqdır. Ali varlıq yaranmasına baxmayaraq xaraktercə müxtəlif olur insanlar: yaxşısı, pisi var insanların. Doğuluş eyni olsa da, ömür yolu bambaşqadır insanların – kamili var, aqili, naqisi var insanların. Əsl insan dedikdə, ağla gələn ilk fikir düzgün, vicdanlı, qürurlu olmaqdır. Hər bir insan istəyər ki, hamı onu sevsin, ona hörmət etsin. Ancaq insanların sevilməməyi elə onların davranışlarının bəhrəsidir. Hansı insan istəyər ki, heç kim onu sevməsin, hansı insan istəyər ki, ona qayğı göstərməsinlər. Əlbəttə ki, heç kim. Buna görə də həmişə yaxşı biri olmağa çalışmalı, biri yıxılanda gülmək, lağ etmək əvəzinə, onun qolundan tutub qaldırmalı, imdada çatmalıyıq. Ustad Bəxtiyar Vahabzadə yazırdı ki,
Adamlar içində darıxıram mən,
Uzanır… günüm də gec axşam olur.
Mən tək olan zaman fikirlərimin
Hər biri yanımda bir adam olur.

İslam dini sülh, mehribanlıq və xeyirxahlıq dinidir. Allah insanları yoxdan yaradaraq, mükəmməl orqanlara sahib etdi və bu dünyada olan hər şeyin ixtiyarına çevirdi. Yaradan insana verilən fəziləti digər canlılardan heç birinə verməmişdir. Əlbəttə ki, insan mükəmməl olmaya bilər, amma həyatı boyunca inancla daima kamillik üçün səy göstərməlidir. Kamil insan, ilk növbədə, Yaradanı ilə mükəmməl münasibət quran bilən biridir. Bu cür insan müsəlman olmasından asılı olmayaraq, ətrafında olan hər kəslə yaxşı münasibət qurmağa və lazımi şəkildə davranmağa qadirdir. Kamil insan cəmiyyətin və ölkənin bir hissəsi olaraq bu sistemdə əldə etdiyi biliklərlə tamamlanır.
İnsanlar müxtəlif olduğu kimi , xarakterlər də müxtəlifdir. Aşıq Əhliman yazır ki,
Həyatda cürbəcür adamlar olur.
Adam var xalqına alışa bilmir.
Adam var çox xeyir verir xalqına,
Adam var özüyçün çalışa bilmir.
Adam var sözünnən şəkər süzülür,
Adam var danışsa ətin tökülür.
Adam var arsızdı, nə desən gülür.
Adam var arınnan danışa bilmir.
Adam var yaltaqlıq peşədir ona,
Adam var iblistək girir yüz donma.
Adam var qeyrəti düşüb hər yana,
Adam var heç işə qarışa bilmir.
Adam var ki, nə balıqdır, nə də ət,
Adam var adama qoymayır qiymət.
Adam var, özü şər, söhbəti qeybət,
Adam var qeybətə alışa bilmir.
Arzu edirəm ki, Uca Yaradan yolumuza daim yaxşı insan çıxarsın.

Malik Balaşov-tarixçi, publisist