Deputat: "Azərbaycan təhlükəsizlik adasıdır, bu isə öz-özünə meydana çıxmayıb" Siyasət

Deputat: "Azərbaycan təhlükəsizlik adasıdır, bu isə öz-özünə meydana çıxmayıb"

“Bu gün dünya düzənində cərəyan edən hadisələr, xüsusilə də Rusiya-Ukrayna hərbi qarşıdurması bəşəriyyəti növbəti dəfə təhlükə qarşısında qoyub. Bəşəriyyət sanki Üçüncü Dünya müharibəsi ərəfəsindədir. Əksər xarici ekspertlər isə cərəyan edən bu hadisələri məhz Üçüncü Dünya müharibəsinin başlanğıcı kimi dəyərləndirir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.r bir həqiqəti növbəti dəfə təsdiqləyir: “Bu həqiqət ondan ibarətdir ki, ölkənin milli maraqlarını qorumaq iqtidarında olmayan lideri olanda həmin ölkə böyük qüvvələrin poliqonuna çevrilir. Ona görə də hazırda deyərdim ki, dünya düzənində cərəyan edən proseslər fonunda bəzən dövlətlər məhz yuxarıda bəhs etdiyim problemlə üzləşir. Nəticədə də nələrin baş verdiyini hər kəs görür”.

Vüqar İskəndərov qeyd edib ki, bu hadisələr eyni zamanda, ölkəmizlə, daha doğrusu Azərbaycanda həyata keçirilən siyasətin doğru və düşünülmüş olması ilə bağlı həqiqəti də bir daha nümayiş etdirdi: “Bu gün birmənalı olaraq qeyd etməliyik ki, Azərbaycan hazırda təhlükəsizlik adasıdır. Bu da öz-özünə meydana çıxmayıb. Bunun arxasında dövlət başçısı tərəfindən həyata keçirilən düşünülmüş və milli maraqlara əsaslanan siyasət dayanır. Yəni dövlətimiz və xalqımız Prezident İlham Əliyevin məharətlə, qətiyyətlə həyata keçirdiyi siyasəti nəticəsində xarici təhlükələrdən və müdaxilələrdən qorunur, sabit inkişaf yolundadır”.

Deputat deyib ki, bu, lazımi şəkildə dəyərləndirilməlidir: “Əldə edilən uğurların, təmin olunan sabitliyin və inkişafın qədrini bilməliyik. Hər kəs bunlara hansı əziyyətlər hesabına nail olduğumuzun fərqində olmalı və əldə edilənlərin qorunmasında bir nəfər kimi üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməlidir. Yəni, bu gün dövlətimizə və xalqımıza qarşı hədyan yağdıran ünsürlər, ölkə daxilində və xaricində fəaliyyət göstərən bədxahlara Azərbaycan xalqı özü təpərini göstərməli və cavab verməlidir”.