7 İyun 2022 08:28
4 466
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb.
Bu barədə Türkiyənin Vaşinqtondakı səfirliyinin “Twitter“ səhifəsindəki paylaşımda qeyd olunub.
“Səfir Hasan Murat Mercan Azərbaycan Prezidentinin köməkçisi ilə görüşdü. Onlar iki ölkə arasında qardaşlıq münasibətlərini bir daha təsdiq edib, regional məsələlər ətrafında fikir mübadiləsi apardılar”,- deyə paylaşımda qeyd olunub.
Görüşdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim də iştirak edib.
09:02
483
12 Mart 21:33
1 050
12 Mart 18:48
1 316