“Erməni-türk münasibətlərinin normallaşmasından əmin olmaq çətindir” Siyasət

“Erməni-türk münasibətlərinin normallaşmasından əmin olmaq çətindir”

İndi erməni-türk münasibətlərinin normallaşmasından əmin olmaq çətindir, lakin bu o demək deyil ki, münasibətlərin normallaşması qeyri-mümkündür. Bunu İsveçrə Konfederasiyasının Xarici Əlaqələr üzrə Federal Departamentinin katibinin müavini Georges Martin deyib. O,2009-cu ildə Sürixdə əldə edilən protokolu xatırladıb: "Bizim nə düşündüyümüzün fərqi yoxdur. Vacib olan odur ki, prosesə cəlb olunan ölkələrin irəli doğru getmək arzusu var. Biz kömək etmək istəyirik. Sürix protoklu çıxılmaz həddə olan vəziyyətə çatmayıb. İnanırıq ki, tərəflər pozitiv nəticələr əldə edib. Protokolların həyata keçirilməsi tərəflərin atdığı addımlardan asılıdır".