Laçın dəhlizini kim bağladı? Siyasət

Laçın dəhlizini kim bağladı?

Laçın dəhlizi ətrafında baş verənlər və bununla bağlı ermənilərin böhtanları gülməli görünür. Azərbaycanlı aktivistlərin etiraz aksiyasının davam etdiyi iki gündür ki, ermənilər onların ümumiyyətlə ekoloqlar deyil, hansısa xüsusi təyinatlılar, yaxud hərbçilər olması tezisini “yaymağa” çalışırlar və deyirlər ki, guya o aktivistlər Ermənistanı Rusiya sülhməramlılarının məsuliyyət zonası ilə birləşdirən yolu bağlayıblar.

Absurd? Əlbətdə ki, absurddur, xüsusən aksiyanın keçirildiyi postdan fotolara baxsaq. Solda - azərbaycanlı aktivistlər, çadırlar, ölkəmizin bayraqları. Sağda - rus hərbçiləri, silahlar və bir az arxada - keçidi BAĞLAMAQ üçün xüsusi olaraq qurulmuş konteynerlər, beton bloklar, ağır texnika.

Sual yaranır: Laçın dəhlizini kim bağladı? Bir neçə yüz mülki şəxs və ya texnika gətirərək orada modul kazarmalar quran rus hərbçiləri. Üstəlik, daha dərinə gedib belə sual vermək olar: azərbaycanlı ekoloqlar Şuşa şəhəri yaxınlığındakı postda niyə peyda olublar? Bəlkə ona görə ki, bundan bir neçə gün əvvəl sülhməramlı kontingentin komandiri general Volkov və Ruben Vardanyan Azərbaycan hakimiyyəti ilə əvvəlcədən razılaşdırılmış Qarabağ yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmağa icazə vermədilər. Bəlkə ona görə ki, ermənilər - həm də həmin Vardanyan bizim yataqlarını qanunsuz istismar edirlər? Monitorinqə icazə verilsəydi, sülhməramlılar öz vəzifələrinə etinasız yanaşmasaydı, təxribatda iştirak etməsəydilər, aktivistlər etiraz aksiyasına yığışmazdılar!

Əgər onların tələbləri təmin edilsəydi və general Volkov aksiya iştirakçılarına onların tələb etdiyi kimi gəlsəydi, vəziyyət daha tez həll olunardı və rus sülhməramlıları iki gün Laçın dəhlizini bağlamalı olmazdı.