 
                
                Polşa Avropa İttifaqından çıxmaq imkanını qəbul edib
31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 16:39
 21 Dekabr  2022 14:44
21 Dekabr  2022 14:44 6 314
6 314
Qüdrət Həsənquliyev: “Vasif Talıbovun istefası ilə dövlətin unitarlığı bərpa olundu”
“İlk növbədə Naxçıvan sakinlərini xilas günü münasibətilə təbrik edirəm. Cənab Prezidentə göstərdiyi prinsipial mövqeyə görə təşəkkür edirəm. DTX-nın rəhbərliyinə cinayətlərin, xəyanətlərin miqyasını açıb ortaya qoyduğu üçün minnətdaram”.
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Naxçıvan MR Ali Məclsinin sədri Vasif Talıbovun istefasına münsasibət bildirərəkən belə deyib.
BAXCP sədri bundan sonra Naxçıvanın rahat nəfəs alacağını, inkişaf edəcəyini bildirib: “Naxçıvan sakinləri tədricən ata yurdlarına dönəcək. Naxçıvanda qanunçuluğun bərpa olunması hər bir vətəndaşın arzusu idi. Əhali inhisarçılıqdan, bir nəfərin ağlasığmaz, düşüncəsiz qərarlarından xilas olub, dövlətçiliyimiz üçün böyük təhlükələrin qarşısı alınıb”, - partiya sədri əlavə edib.
Qüdrət Həsənquliyev hesab edir ki, Vasif Talıbovun istefası ilə dövlətin unitarlığı bərpa olunub: “Bundan sonra Konstitusiya islahatları olacaq, hakimiyyət bölgüsü təmin olunacaq. Hesab edirəm ki, etimaddan sui-istifadə edən, özünü toxunulmaz sayan digər yüksək vəzifəli şəxslər də bundan nəticə çıxarmalıdırlar. Onlar xalqı incitməməli, talançılıqla məşğul olmamalı, sadə insanları dövlətdən narazı salmamalıdırlar”, - millət vəkili vurğulayıb.
Qeyd edək ki, dünən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.
Naxçıvan Ali Məclisinin qapalı iclasında Naxçıvan Ali Məclisinin sədri Vasif Talbov vəzifəsindən istefa verdiyini açıqlayıb.
 31 Oktyabr 20:42
31 Oktyabr 20:42 1 022
1 022 31 Oktyabr 20:26
31 Oktyabr 20:26 980
980 31 Oktyabr 20:25
31 Oktyabr 20:25 1 050
1 050 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                     
                     
                    