Ermənistan vətəndaşı Tbilisidə ər-arvadı vəhşicəsinə öldürüb Siyasət

Ermənistan vətəndaşı Tbilisidə ər-arvadı vəhşicəsinə öldürüb

Tbilisi-Rustavi yolunda ər-arvad amansızca qətlə yetirilib.

Gürcüstan mətbuatının verdiyi xəbərə görə, hind kişi və onun Gürcüstan vətəndaşı həyat yoldaşını öldürən Ermənistan vətəndaşıdır.

Yerli mətbuatın yazdığına görə, o, əvvəlcə ər-arvada bıçaqla çoxsaylı xəsarətlər yetirib, sonra onları parçalayıb və çuxura basdırıb. Bu mərhələdə olan məlumata əsasən, Ermənistan vətəndaşı cinayəti 20 min dollara görə törədib.

İki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Ermənistan vətəndaşı hazırda Qldani həbsxanasındadır. O, əvvəllər də adam öldürməkdə təqsirli bilinib.
Cavid