25 İyul 17:20
6 Yanvar 2023 09:39
5 516
Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı bunun bariz nümunəsidir. Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin rəhbəri Füzuli Kərimov deyib. QHT sədri vurğulayıb ki, 2023-cü ilin ilk günlərində cənab Prezidentin bu sərəncamı ilə minimum əməkhaqqı, minimum pensiyanın əhəmiyyətli dərəcədə qaldırılması əhali tərəfindən rəğbətlə qarşılanıb: "Dövlətimizin başçısının rəhbərliyi ilə aparılan siyasi, iqtisadi, mədəni sahələrdəki islahatlar dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Hazırda dünyanı maliyyə və iqtisadi böhran, qarşıdurmalar, böhranlar ağuşuna aldığı bir vaxtda ölkəmizdə əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, iri infrastruktur layihələrin reallaşdırılmasına uğurla davam etdirilməsi diqqətdən yayınmır. Cənab prezidentin yeni imzaladığı sərəncam əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirləri özündə ehtiva edən bir sənəddir. Bu sənədə əsasən bir çox kateqoriyalar üzrə əməkhaqqının artırılması nəzərdə tutulur. Xüsusilə də söhbət minimum əməkhaqqının 300 manatdan 345 manata, minimum pensiyanın 240 manatdan 2880 manata çatdırılması nəzərdə tutulur. Bu artıq son 5 il ərzində cənab prezident tərəfindən əhalinin sosial rifahının yüksəldilməsi ilə bağlı həyata keçirilən sayca 4-cü sosial islahatlar paketidir. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhalinin rifah halının yüksəldilməsi məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, iqtisadi və institusional islahatlar reallaşdırılır, vətəndaşların yaşayış səviyyəsi daha da yaxşılaşdırılır".
Cavid