“CHP sədrinin bütün çıxışları populizm üzərində qurulub” Siyasət

“CHP sədrinin bütün çıxışları populizm üzərində qurulub”

“CHP sədri Kamal Kılıcdaroğlunun bütün çıxışları populizm üzərində qurulub”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Nəsib Məhəməliyev deyib. O, bildirib ki, daha əvvəl Türkiyəyə 300 milyard dollar, ən müasir pilotsuz uçuş aparatları istehsal edən xarici şirkətləri gətirəcəyini elan edir: “Yeri gəlmişkən, Qərb ölkələri son bir ildən çox müddətdə müharibə aparan Ukraynaya cəmi 150, 5 milyard dollar maliyyə yardımı göstəriblər. İndiki halda Türkiyəyə belə bir vəsaitin ayrılması qeyri-realdır.
Ümumiyyətlə, bəy Kamal hər gün, hər kəsə nəsə paylayır. Məclisə düşə bilməyən kiçik partiyalara prezident yardımçıları, nazir, vəzifələrini, millət vəkili kreslolarını hədiyyə edir. Dövlət büdcəsindən maliyyələşənlərə, pensiyaçılara işləyənlərə, işləməyənlərə ən yüksək maaşlar vəd edir.
Təhlükəli məqamlardan biri də, əli 40 minədək türk vətəndaşının qanına batmış Abdullah Öcalanın, Rusiyaya məxsus təyyarə vurulduqdan sonra Moskvaya səfər edərək Lavrodan raketlər istəyən Səlahəddin Dəmirtaşın, Gəzi olaylarının təşkilatçısı, Türkiyəni saxta erməni “soyqırımını” tanımağa çağıran Osman Kavalanın, Fetoçuların həbsxanadan azad olacaqlarını bəyan etməsidir. Digər tərəfdən, İraqda, Suriyada, Afrikanın şimalında, liviyada, Çərqi Aralıq dənizində, Qafqaz siyasətində planlaşdırdıqları siyasət çirkin niyyətlərdən xəbər verir.
Məsələnin kökündə isə, Ərdoğan hakimiyyətində Türkiyənin misli görünməmiş inkişafını, hərbi gücünü, müstəqil siyasətini həzm edə bilməyən xarici himayədarların dəst-xətti açıq görünür”.