“İşğalçı və separatizmə dəstək verən dövlət demokratik sayıla bilməz” Siyasət

“İşğalçı və separatizmə dəstək verən dövlət demokratik  sayıla bilməz”

“Nikol Paşinyanın son illər bütün xarici səfərlərində, o cümlədən son dəfə Çexiyada ölkəmizi antidemokratiklikdə suçlaması, Qərbin “Demokratiya sammitləri”ndə Ermənistana tribuna verilməsi ölkəmiz əleyhinə yeni planlardan və qarşıdırma məqsədlərindən xəbər verir”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri millət vəkili Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. Millət vəkilinin sözlərinə görə, “Azərbaycanın hərbi təhdidi Ermənistan demokratiyası üçün təhlükədir” ritorikasını işə salanlar unudur ki, işğalçı və separatizmə dəstək verən dövlət demokratik sayıla bilməz: “Ötən il 12-14 sentyabr toqquşması zamanı Nikol Paşinyan “müharibədə məğlub olsaq da ədalətli seçki keçiririk” bəyanatları ilə Avropa dövlətlərini Azərbaycana təzyiq göstərməyə çağırdı. Halbuki 3 ildir uzanan “sülh müqaviləsi” bu il imzalanmasa, sərhədlər açılmasa Paşinyan sarkisyanlaşacaq, koçaryanlaşacaq”.