17 Dekabr 23:42
ABŞ Meksika kartelinə neft oğurluğuna görə sanksiyalar tətbiq edib
Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub
"Ağ Evi alçaltmaq istəyən Zelenski deyil, Ukrayna idi ki.. "
ABŞ-nin yeni təhlükəsizlik strategiyası: Ukraynanın gələcəyi necə dəyişir?
Ankarada türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumu başlayıb
25 May 2023 13:47
2 408
“Prezident İlham Əliyev, Putin və Paşinyanın Moskva görüşü vasitəçilik üzərindən gedən mübarizədə rus gedişidir və Putin təşəbbüsü ələ almaq üçün nələrsə etməyə çalışacağı gözləntisi var”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı deyib. O, bildirib ki, xarici işlər nazirlərinin Moskva görüşündə gündəmə gələn və Vaşinqtondakı “sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli sazişə alternativ kimi irəli sürülən, əslində isə “adqoyma mərasimi”nin davamı olan “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsinin liderlər səviyyəsində razılaşdırılmasına, bu razılığın “niyyət anlaşması” formasına salınmasına çalışa bilər: “Bu, Qərb platformasında danışıqların davam etdiyi vaxt sülh sazişində “rus imzasının” əks olunması məqsədi daşıyır.
İkincisi, görüş üçtərəfli razılaşmaların alternativinin olmadığının təsdiqi üzərindən qurula bilər, hərçənd, burada da yeniliklər görə bilərik, xüsusilə razılaşmalar müəyyən korrektlərlə yenidən gündəmə gəlməsi fonunda”.