İTV referenduma hazırlaşır Siyasət

İTV referenduma hazırlaşır

Pulsuz efir olacaq

2016-ci il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) kütləvi informasiya vasitələrində referendumqabağı təşviqat aparmaq məqsədilə İctimai Televiziya (İTV) efir vaxtı ayıracaq.
İTV-dən bildirilib ki, hazırda televiziyada bununla bağlı işlər aparılır.
"Direktorlar Şurasının iclaslarından sonra efir vaxtının ayrılması ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanacaq".
Qeyd edək ki, 40 min və daha çox imzası olan referendum üzrə təşviqat qruplarına referenduma çıxarılan məsələlərin lehinə və əleyhinə təşviqat aparmaqdan ötrü aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:
İctimai Televiziya və Radio Yayımları Şirkəti,
"Azərbaycan" qəzeti,
"Xalq qəzeti",
"Bakinski raboçi" qəzeti.