Deputatlardan önəmli təklif Siyasət

Deputatlardan önəmli təklif

Azərbaycanın AŞ PA-dakı daimi nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Sevinc Fətəliyeva Parisdə AŞ PA-nın Sosial İşlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinin toplantısında iştirak ediblər.
Qadın haqları, miqrant işçilərin hüquqlarının müdafiəsi, iqtisadi səbəblərdən dolayı başqa ölkələrə işləməyə getmək məcburiyyətində qalan valideynlərin övladlarının yaşadığı psixoloji travmalar, uşaqların səhiyyə xidmətlərindən daha keyfiyyətli yararlanması mexanizmləri, işləyən qadınların haqları və bir sıra digər məsələlərin müzakirə olunduğu toplantıda Q.Paşayeva və S.Fətəliyeva bir sıra önəmli təkliflərlə çıxış ediblər.
Üzv ölkələrdə bu mövzularda səylərin artmasının vacib olduğuna diqqəti çəkən deputatlar özəlliklə miqrantlara, onların hüquqlarına yanaşmada daha həssas olmağın vacibliyini vurğulayıblar.