

Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin iclası keçiriləcək
Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir
Orban: Macarıstanda keçiriləcək Rusiya-ABŞ sammitinə hazırlıq tam sürətlə gedir
Avstriya Tehrandan Bakıya köçürülən səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
32 il əvvəl Xocalıda dünya gözləri qarşısında qətlə yetirilən qardaşlarımızın xatirəsini yad edir, Can Azərbaycana başsağlığı verirəm.
Trend xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan "X" sosial media hesabında qeyd edib.
"Türkiyə hər zaman Azərbaycanın yanındadır", - deyə H.Fidan əlavə edib.
Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.