ABŞ -Türkiyə sülhə müqaviləsinin imzalanmasına töhfə verə bilər Siyasət

ABŞ -Türkiyə sülhə müqaviləsinin imzalanmasına töhfə verə bilər

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində ABŞ-Türkiyə birgə işləyəcək. ABŞ-ın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Lui Bono regiona səfər edərək Ermənistan və Azərbaycanda oldu. Lui Bononun regiona səfərinin təkcə ABŞ deyil, ABŞ Türkiyə birgə formatının nümayəndəsi kimi də xarakterizə etmək olar. L. Bononun regiona səfəri əsasən, Ermənistana Türkiyənin vasitəçiliyini qəbul etdirmək, həmçinin ABŞ və Türkiyənin birgə təşəbbüsü formatında sülh danışıqlarına başlanmasını hər iki tərəflə razılığa gəlməyə nail olmaqdır.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, məhz ABŞ diplomatınin Ermənistana səfərindən sonra N. Paşinyan Azərbaycanin anklav olmayan dörd kəndinin Ermənistana aid olmadığını vurğuladı. Həmçinin cənab prezident İlham Əliyevdə Bakı forumunda Ermənistanla sülhə çox yaxın olunduğunu vurğuladı. Göründüyü kimi, ABŞ -Türkiyə formatı iki ölkə arasında real sülhün əldə edilməsinə töhfə verə bilər. Bununla paralel olaraq Türkiyə Ermənistan əlaqələrinin normallaşması davam edəcək:

"Qeyd edim ki, dövlət başçısı cənab İlham Əliyev "Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı ikinci Qarabağ müharibəsinə kimi Azərbaycana qarşı Ermənistana 6 milyard dollar silah sursatın pulsuz verildiyini qeyd etdi. Prezident ad çəkməsə də bilirik ki, 30 il ərzində Ermənistana bütün növ silahları pulsuz verən Rusiya idi. Bununla prezident Rusiyaya da ciddi mesaj vermiş oldu. Rəsmi Bakı heç Moskvanın vasitəçiliyini də qəbul etmir".

Hazırda Azərbaycan ABŞ və Türkiyə formatına üstünlük verməsi mümkündür. Bu formatda Azərbaycan və Ermənistan liderləri yaxin perspektivdə ikitərəfli vasitəçisiz olmadan görüşə bilər: "Məhz Rusiya Azərbaycanla Ermənistan arasında mümkün sülh təşəbbüsünün qarşısını almaq üçün Ermənistan tərəfindən təxribatlara əl ata bilər. Bundan əlavə, Fransa da Türkiyə və ABŞ ənənəvi rəqibidir. Parisdə Yerevanı bu formatdan uzaqlaşdıra bilər. Əgər, Ermənistan rəhbərliyi ABŞ Türkiyə birgə formatından imtina edərsə, Yerevan üçün ən pis ssenarilər ola bilər".

Cavid