BMT dünyada ona olan güvəni itirib - Maria Fernanda Espinosa Siyasət

BMT dünyada ona olan güvəni itirib - Maria Fernanda Espinosa

BMT dünyada ona olan güvəni itirib.

Trend xəbər verir ki, BMT Baş Assambleyasının 73-cü prezidenti Maria Fernanda Espinosa XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, bizə daha güclü təsisatlar lazımdır.

“Bizim kompasımız olmalıdır ki, hansı yönə doğru hərəkət edəcəyimizi bilək. Biz daha yaxşı təsisatlara layiqik. Bu təsisat daha praktik və güclü olmalıdır”,- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.