Fransa müstəmləkəçilik siyasətini qanunvericilik baxımından reallaşdırmağa çalışır - Komitə sədri Siyasət

Fransa müstəmləkəçilik siyasətini qanunvericilik baxımından reallaşdırmağa çalışır - Komitə sədri

Bu gün Fransa konstitusiyada dəyişikliklər etməklə, etnik azlıqların hüquqlarını məhdudlaşdırmağa çalışır.

Trend-in məlumatına görə, bunu Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri Omayra Naiselin Bakıda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını təyin etməklə bağlı üçüncü referendumun keçirilməsinə mane olmağa çalışır.

“Fransa müstəmləkəçilik siyasətini artıq qanunvericilik baxımından da reallaşdırmağa çalışır. Bunda da məqsəd odur ki, minlərlə insan Fransanın xeyrinə qərarlar qəbul etsin. Hətta Fransa çalışır ki, kənardan 30 min insana səs vermək hüququ versin və öz istəyinə nail olsun.

Yeni Kaledoniya zaman-zaman Fransa ilə müxtəlif müqavilələr imzalayıb. Onların vasitəsilə Fransa Yeni Kaledoniya xalqının müqəddəratını və müstəqilliyinə dəstək göstərməli idi. Lakin bu gün Fransa konstitusiyada dəyişikliklər etməklə, etnik azlıqların hüquqlarını məhdudlaşdırmağa çalışır”, - deyə o əlavə edib.