“Bu, Amerikanın riyakarlığının göstəricisidir” Siyasət

“Bu, Amerikanın riyakarlığının göstəricisidir”

“Rusiya sülhməramlılarını ölkədən çıxarma prosesinə başlayıb. Məhz prezident İlham Əliyevin Qarabağla bağlı apardığı uğurlu siyasət nəticəsində Rusiya sülhməramlılarını Qarabağdan çıxarmaq haqqında qərar qəbul etdi”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib: “Sülhməramlıların Qarabağdan çıxarılmasını alqışlamaması Amerikanın riyakarlığının göstəricisidir. ABŞ bu dəfə məyusluğunu nümayiş etdirir”.