Rubio: ABŞ Venesuelaya qarşı yenidən hərbi güc tətbiq etməyi planlaşdırmır
Milli mədəni irs obyektlərinin Azərbaycandan qanunsuz aparılmasına görə cərimələr 2 dəfə artırılıb
Azərbaycan və Gürcüstan DİN-ləri arasında əməkdaşlıq haqqında saziş təsdiqlənib
Rəsmi Tehrandan Trampa: İran dialoqa hazırdır, lakin məcbur qalsaq, misli görünməmiş cavab verəcəyik
22 May 2024 13:33
3 087
Ermənistanla Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və regional kommunikasiyaların açılması üzrə danışıqlar davam etdirilir.
APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunu parlamentin spikeri Alen Simonyan Lüksemburq Deputatlar Palatasının sədri Klod Vislerlə birgə mətbuat konfransında deyib.
O əlavə edib ki, danışıqlar davam edir.
“Ermənistan Azərbaycanla müzakirələrdə maraqlıdır. Biz 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq bütün nəqliyyat kommunikasiyalarının açılmasını dəstəkləyirik. Ümid edirik ki, bu proses uğurla nəticələnəcək” – Alen Simonyan deyib.