Paşinyan Putinlə telefonla danışdı Dünya

Paşinyan Putinlə telefonla danışdı

Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli iqtisadi münasibətlərdə yaranan problemləri müzakirə ediblər.

N. Paşinyan Ermənistan mallarının Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlərin ikitərəfli müqavilələrə və Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olduğunu bildirərək, bu məsələnin həlli üçün tədbirlər görülməsini xahiş edib.

Baş nazir həmçinin Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendum mövzusuna toxunaraq, bunun yalnız Aİ-yə rəsmi müraciət edildikdən sonra mümkün olacağını qeyd edib. O, Ermənistan hökumətinin bütün bu məsələləri açıq və dostluq dialoqu yolu ilə həll etməyə hazır olduğunu vurğulayıb.