Avropa turnirlərində səfər oyunları heç vaxt asan olmur - “Sabah”ın baş məşqçisi İdman

Avropa turnirlərində səfər oyunları heç vaxt asan olmur - “Sabah”ın baş məşqçisi

“Anlayırıq ki, Çempionlar Liqasında və ümumiyyətlə, Avropa turnirlərində səfərdə keçirilən heç bir oyun asan olmur”.

Bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS-la keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında bildirib.

Mütəxəssis səfər oyununa yaxşı hazırlaşdıqlarını deyib:

“Finlandiyada olduğumuza görə çox şadıq. Bildiyiniz kimi, ilk qarşılaşmadan sonra hesab arasındakı fərq çox azdır və düşünürəm ki, hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı var. İlk oyundakı qələbə bizi cüzi favorit hesab etməyə imkan verə bilər.

Biz də onların mübarizə səviyyəsinə uyğun cavab verməli, öz oyunumuzu oynamalı və ən yaxşı bacardığımız işi görməliyik. Komandamızın necə oynaya biləcəyini yaxşı bilirik”.

Qeyd edək ki, komandalar arasında ötən həftə Bakıda keçirilən ilk görüşdə “Sabah” 1:0 hesabı ilə qalib gəlib. “KuPS” - “Sabah” oyunu sabah Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.