Ermənistan da siyasi etirazlar sülhə qarşıdır.. Siyasət

Ermənistan da siyasi etirazlar sülhə qarşıdır..

Ermənistanda keşiş Baqrat Qalatsyanın baş nazirliyə namizədliyi irəli sürülüb. O, Ermənistan da itaətsizlik etiraz aksiyası elan edib. N. Paşinyanla görüşüb, istefasını tələb edəcək. Əgər, N. Paşinyan keşiş Baqratla görüşsə, etirazlara siyasi yük verəcək və Baqratın siyasi mövqeyi güclənəcək.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, keşiş B. Qalatsaynla N. Paşinyanla görüşməyə ona görə cəhd edir ki, siyasi etirazlara diqqət çəksin və hakimiyyətin onunla hesablaşdığını nümayiş etdirsin. N. Paşinyan da keşiş Baqratın bu planından xəbərsiz deyil. Ona görə də keşişlə görüşüb, ona siyasi xal qazandırmayacaq:

"Əgər, Paşinyan keşişlə görüşsə, onun istefasını tələb edəcək. Necə ki, 2018-ci ildə Paşinyan Sarkisyanla ilk görüşündə ondan istefasını tələb etdi. Eyni ssenarini Baqrat etmək istəyir. Bu da onu göstərir ki, prosesdə Sarkisyan və Köçaryan da var və siyasi revanş edirlər.

Kilsəyə xalqın və Qərbin dəstəyi olmadığı üçün uğursuzdur. Rusiyanın kifayət qədər mövqeyi zəifləyib. Paşinyan etirazları lokal şəkildə güc tətbiq etməklə sıralarını azalacaq.

Ümumiyyətlə, Ermənistan da etiraz aksiyalarının müsbət nəticəsi regionun təhlükəsizliyini və bu ölkənin daxili siyasisətini təhdid edə bilər".

Cavid