12 Sentyabr 2024 15:16
3 045
Azərbaycan Şvabe, Okampo, bir sıra ABŞ konqresmenləri və senatorları, fransalı siyasətçilər və insan hüquqları müdafiəçilərinin ittiham və qarayaxmalarına reaksiya verməzdi, sadəcə mövcud reallıqlar onların iç üzünün açılması baxımından vacibdir.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
Politoloqun fikrincə, "Siyasi məhbusların" azad olunması çağırışları Qərbin dəstəklədiyi yerli şəbəkənin (Abzas Media, Toplumu TV və s.) ifasından sonra gözlənilən idi:
"Əvvəla Azərbaycanda siyasi məhbus yoxdur. Sonra isə Ermənistanda baş verən hadisələrlə bağlı Qərb institutları susur. Məsələn, 2019-cu ildə Ermənistan həbsxanasında müxalifyönlü jurnalist aclıq aksiyası keçirərək ölmüşdür (M.Yegiazaryan), bir müxalif
siyasətçi elə məhkəmə zalında ölmüş (Armen Qriqoryanın 15 iyul 2022-ci il), keçmiş hakimiyyətin bir çox fəal funksioneri (Məsələn, Armen Aşotyan) həbs edilmişdir.
Niyə Şvabe bir dəfə də olsun Ermənistanda olan bu problemlər haqda danışnayıb?
Şvabe illərlə erməni lobbisinin təsiri altında olmaqla, Qarabağ ermənilərinin hüquqları barədə danışmışdır. Lakin o bir dəfə də olsun Qarabağda qondarma rejim və işğalçı Ermənistan tərəfindən törədilmiş dağıntılar və Azərbaycanın mədəni irsinin dağıdılması, azərbaycanlıların ora qayıdış hüquqlarının 30 il ərzində tapdalaması barədə bir söz də deməmişdir. Bu fakt özlüyündə onun nə qədər qərəzli və erməni lobbisinin maraqlarına xidmət edən şəxs olmasını göstərir.".
A.Qasımov deyib ki, Şvabe Almaniyanın ictimai kanalı ARD-də Azərbaycan əleyhinə bədii filmin ( " Am Abgrund") hazırlanmasında yaxından iştirak edib.
Şvabe 2014-cü ildə Krımın işğalından sonra Rusiyanın AŞPA-dan çıxarılmasının əleyhinə olub ki, bu gün Rusiya-Ukrayna müharibəsinin başlanmasında da onun kimilər məsuliyyət daşıyır:
"Hamı başa düşür ki, yeni hücum dalğası COP29-la bağlıdır. Bu mühüm tədbir ərəfəsində beynəlxalq ictimaiyyətin qarşısında
Azərbaycanı növbəti dəfə qaralamaq məqsədi güdür və bütün bunların arxasında erməni lobbisi və antiazərbaycan qüvvələr dayanır".
Cavid
13 Mart 23:03
1 386
13 Mart 20:26
1 792
13 Mart 20:16
1 624