Rusiyada axtarışda olan şəxs polisləri güllələyib, ölən və yaralananlar var Dünya

Rusiyada axtarışda olan şəxs polisləri güllələyib, ölən və yaralananlar var

Rusiyada atışma olub, ölən və yaralılar var.

Rusiya mediasının xəbərinə görə, hadisə Orenburq vilayətinin Akkermanovka qəsəbəsində baş verib.

Məlumata görə, federal axtarışda olan bir nəfər hüquq-mühafizə orqanlarının əməkdaşlarını görüb və onlara atəş açıb.

Hadisə nəticəsində bir polis əməkdaşı ölüb, daha üçü yaralanıb.

Yaralılara tibbi yardım göstərilib, cinayəti törədən şəxs hadisə yerindən qaçıb.