Niderland Ukraynaya minalar əleyhinə gəmi təhvil verib Dünya

Niderland Ukraynaya minalar əleyhinə gəmi təhvil verib

İyun ayında Ukrayna Niderlanddan minalar əleyhinə gəmi alacaq. Hazırda Ukrayna heyəti həmin gəmidə təlim keçir. Lakin gəmi hərbi əməliyyatlar başa çatana qədər Qara dənizə daxil ola bilməyəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Vladimir Zelenskinin Niderlanda səfəri zamanı o, Baş nazir Rob Yetten ilə birlikdə "Zr. Ms. Makkum" gəmisində təlim keçən hərbçilərlə görüşüb. Gəmi iyun ayında Ukraynaya təhvil veriləcək.

Gəmi, Ukrayna donanmasının 2022-ci ildə itirdiyi gəminin şərəfinə "Geniçesk" adlandırılacaq. Bu, tərəfdaşlar tərəfindən Ukraynaya verilən artıq beşinci minalar əleyhinə gəmidir. Bundan əvvəl Böyük Britaniya, Belçika və Niderland "Çerkassı", "Çerniqov", "Mariupol" və "Melitopol" gəmilərini təhvil vermişdilər.

Bu gəmilərin hamısı hələlik Böyük Britaniyada bazalaşacaq və müharibədən sonra Qara dəniz akvatoriyasının minalardan təmizlənməsində iştirak edəcək.

Məryəm Quliyeva