Starmer: Britaniya Hörmüz boğazının şərtsiz açılmasını dəstəkləyir Dünya

Starmer: Britaniya Hörmüz boğazının şərtsiz açılmasını dəstəkləyir

Böyük Britaniya Hörmüz boğazının heç bir ilkin şərt olmadan açılmasının tərəfdarıdır.

APA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kir Starmerin bəyanatında bildirilib.

“Boğazın şərtsiz və dərhal açılması qlobal məsuliyyətdir və biz dünya üzrə enerji və ticarət axınlarının bərpası üçün hərəkətə keçməliyik”, – deyə bəyanatda qeyd olunur.

Starmer vurğulayıb ki, o və Fransa Prezidenti Emmanuel Makron gəmiçilik azadlığının qorunması üçün çoxtərəfli təşəbbüsün yaradılmasına sadiqdirlər.

“Biz kommersiya gəmiçiliyini təmin etməli və qlobal sabitlik və təhlükəsizliyə qayıdış üçün minalardan təmizləmə əməliyyatlarını dəstəkləməliyik”, – deyə o əlavə edib.