09:44
679
Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna və Niderlandın pilotsuz uçuş aparatlarının (PUA) ilk birgə istehsalını təşkil etməyə başladıqlarını bildirib.
Xalqcebhesi.az xəbər verir ki, "Avropa həqiqəti"nin ("Evropeyskaya pravda") məlumatına görə, o, bu barədə aprelin 16-sı axşam saatlarında ölkəyə səfəri zamanı öz sosial media hesablarında bəyan edib.
"Bu gün Niderland ilə tərəfdaşlığımız 'Drone Deal' üzrə işlərin başlanması və məhz Niderland ilə ilk birgə istehsala dair razılaşmalarımız sayəsində daha da dərinləşir", — deyə Zelenski qeyd edib. O, bu əməkdaşlıq planları ilə bağlı digər təfərrüatları açıqlamayıb.
Zelenski həmçinin bütün dəstəyə görə Niderlanda təşəkkür edib. "Sizin hava hücumundan müdafiə sistemləri, raketlər və aviasiya ilə bağlı yardımınız hər gün şəhərlərimizdə və icmalarımızda insanların həyatını xilas edir", — deyə o vurğulayıb.
Məryəm Quliyeva