Azərbaycanda bu ilin I rübündə 925 mln. kVt·st "yaşıl enerji" istehsal edilib İqtisadiyyat

Azərbaycanda bu ilin I rübündə 925 mln. kVt·st "yaşıl enerji" istehsal edilib

2026-cı ilin 1-ci rübü üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 6 991 mln. kVt·st olub.

Bu barədə "APA-Economics"ə Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə İES-lərdə 6 066 mln. kVt·st, SES-lərdə 510,5 mln. kVt·st, digər mənbələr üzrə isə 414,5 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 247,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 91,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 75,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Yanvar-mart aylarında 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə külək elektrik stansiyalarında elektrik enerjisi istehsalı 238,2 mln. kVt·st artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 925 mln. kVt·st təşkil edib.

Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 076,8 mln. kVt·st (İES-lərdə 5 558,6 mln. kVt·st, SES-lərdə 508,1 mln. kVt·st, GES-lərdə 10,1 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 7,9 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 906,3 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 142,4 mln. kVt·st, idxalı isə 35,0 mln. kVt·st olub.