09:40
693
ABŞ Prezidenti Donald Tramp, Livan və İsrail arasında 10 günlük atəşkəs bəyanatları fonunda "Hizbullah"ın özünü "adekvat və ağıllı" aparacağına ümid etdiyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" şəbəkəsində yazıb:
"Ümid edirəm ki, 'Hizbullah' bu mühüm dövrdə özünü adekvat və ağıllı aparacaq. Əgər belə olsa, bu, onlar üçün böyük bir an olacaq. Daha qətl yoxdur.
Nəhayət, sülh bərqərar olmalıdır!"
Tramp İsrail və Livanın atəşkəs sazişi bağladıqlarını elan edib.
Məryəm Quliyeva