Dövlət Departamenti: İsrail atəşkəsə baxmayaraq özünümüdafiə hüququnu saxlayır Dünya

Dövlət Departamenti: İsrail atəşkəsə baxmayaraq özünümüdafiə hüququnu saxlayır

İsrail Livanla əldə olunan atəşkəsə baxmayaraq “özünümüdafiə məqsədilə bütün zəruri tədbirləri görmək” hüququnu saxlayır.

Bu barədə ABŞ Dövlət Departamentinin İsrail və Livan hökumətləri ilə razılaşdırılmış yazılı bəyanatında bildirilir.

“İsrail planlaşdırılan, gözlənilən və ya baş verən hücumlara qarşı istənilən vaxt bütün zəruri özünümüdafiə tədbirlərini görmək hüququnu saxlayır. Buna atəşkəs mane olmayacaq”, – deyə sənəddə qeyd olunur.

Eyni zamanda vurğulanır ki, İsrail bundan kənar Livan ərazisində, o cümlədən mülki, hərbi və digər dövlət hədəflərinə qarşı quru, hava və dənizdən hücum əməliyyatları həyata keçirməyəcək.