20:30
784
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu və Livan Prezidenti Cozef Aunu Vaşinqtona danışıqlara dəvət etməyi planlaşdırır.
Bu barədə o, “Truth Social” platformasında yazıb.
Tramp bildirib ki, bu görüş 1983-cü ildən bəri İsrail və Livan arasında ilk ciddi danışıqlar ola bilər.
O əlavə edib ki, tərəflər sülhə maraqlıdır və prosesin tez nəticə verəcəyinə inanır.