
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
"APA-Economics"in məlumatına görə, aprelin 17-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Türkiyə lirəsi 0,0379 manata kimi, avro 2.0030 manatadək, Rusiyanın 100 rublu isə 2.2257 manatadək ucuzlaşıb.
