09:28
721
Daha əvvəl radarlardan itmiş "Airbus H130" helikopteri İndoneziyanın Qərbi Kalimantan əyalətinin Sekadau bölgəsində qəzaya uğrayıb, göyərtədə olanların hamısı həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Məhəmməd Syafiyinin sözlərinə görə, helikopterin qəzaya uğradığı yer sıldırım təpəli, sıx meşəlik ərazidir.
O əlavə edib ki, göyərtədə altı sərnişin və iki ekipaj üzvü olub. Yerli "Matthew Air Nusantara" aviaşirkətinə məxsus helikopter aprelin 16-sı günorta saatlarında region daxili yaşayış məntəqələri arasında uçuş həyata keçirirdi. Havaya qalxdıqdan bir müddət sonra hava gəmisi ilə əlaqə kəsilib.
İndoneziya rəhbərliyi itkin düşmə ehtimalı olan əraziyə 20-yə yaxın xilasedici göndərib. Əməliyyata ölkənin hərbi hava qüvvələrinin helikopteri də cəlb edilib.
Məryəm Quliyeva