“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
26 Sentyabr 2024 08:11
2 464
25 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonen ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə Finlandiya arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, o cümlədən Finlandiyanın 2025-ci il ATƏT sədrliyindən irəli gələn məsələlər, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının əməkdaşlıq üçün əlavə imkanlar yarada biləcəyi diqqətə çatdırılıb.
Postmünaqişə dövründə bölgəmizdə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə qarşı tərəf ətraflı məlumatlandırılıb. Ermənistan qanunvericiliyində Azərbaycana qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətlə silahlanmasının bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdid törədən əsas amillər olduğu vurğulanıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
22:18
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində finlandiyalı həmkarı Elina Valtonen ilə görüşüb.
APA xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Tərəflər siyasi, iqtisadi və humanitar məsələlər ətrafında fikir mübadiləsi aparıb.
18:46
882
11:24
1 141
1 Noyabr 17:13
1 624