Ermənistandan siyasi iradə gözləyirik - Bayramov
5 Dekabr 19:46
5 Dekabr 19:46
5 Dekabr 14:13
5 Dekabr 12:57
4 Dekabr 23:28
“Azərbaycan Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun canı-qanı bahasına ədaləti bərpa edərək uzun illər işğal altında olan torpaqlarını işğaldan azad etdi. Ancaq bu münaqişəni sülh yolu ilə həll etməkdə məsuliyyət daşıyan təşkilatlar bu missiyalarını yerinə yetirmirdilər. Onlar faktiki olaraq Qarabağın Ermənistan tərəfindən işğalı ilə barışmasını həyata keçirmək və Qarabağı Ermənistana peşkəş çəkmək istəyirdilər”.
Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat əlavə edib ki, ancaq Azərbaycan 44 günlük Vətən müharibəsini həyata keçirməklə bu güclərin planlarını alt-üst etdi: “Artıq 4-cü ildir ki, Zəfər Bayramımızı qeyd edirik. Bu gün möhtərəm cənab Prezidentimiz Zəfər Gününə həsr edilmiş abidə kompleksinin açılışını etdi, çox geniş nitq söylədi, xalqımızı təbrik etdi. Biz bir daha əmin olduq ki, Ali Baş Komandan uzun illər torpaqlarımızın işğaldan azad olunması üçün əlindən gələni edib, xüsusi planlar hazırlayıb və şükürlər olsun o planlar reallaşdı. Zəfərimiz mübarək olsun!”.
Röya İsrafilova